Volkan Dəmirəl Super Liqaya qayıtdı

  • 22 Sentyabr 2022 09:04
  • 33

Türkiyənin “Hatayspor” klubunun yeni baş məşqçisi məlum olub. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükan"ı Türkiyə millisinin keçmiş qapıçısı Volkan Dəmirələ tapşırılıb.
 
41 yaşlı mütəxəssis klubu ilə 1+1 illik müqaviləyə imza atıb. Dəmirəl bu postda Sərkan Özbaltanı əvəzləyib.
 
Dəmirəl son olaraq “Fatih Karagümrük”ün baş məşqçisi olub.