İtaliya millisinin sabiq üzvü klubsuz qaldı

  • 22 Sentyabr 2022 12:28
  • 50

İtaliyanın "Montsa" klubu futbolçusu Andrea Ranokkya ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, 34 yaşlı futbolçunun klubla müqaviləsini ləğv etdiyi vurğulanıb. Ayrılığa müdafiəçinin avqustun 21-də A Seriyasının 2-ci turunun “Napoli” ilə səfər oyununda aldığı ağır zədə səbəb olduğu da diqqətə çatdırılıb. Ranokkyanın sağ ayağından aldığı bu zədənin tam sağalması üçün azı 3 ay lazım olduğu bildirilir. Lakin zədədən sonra oyunçunun əvvəlki formasını bərpa etməsi üçün də çox vaxt lazım olacağı üçün, tərəflər yollarını ayırmağa qərar veriblər.
 
İtaliya millisinin sabiq üzvü bu ilin iyul ayında “İnter”dən azad agent kimi ayrılaraq “Montsa” ilə 2 illik müqavilə bağlamışdı.