Kannavaro rəsmən İtaliya klubunda

  • 22 Sentyabr 2022 12:33
  • 44

İtaliyalı mütəxəssis Fabio Kannavaronun yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki, B Seriyasında çıxış edən “Benevento”nun "sükan"ı İtaliya millisinin sabiq üzvünə tapşırılıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Kannavaronun son klubu 2021-ci ilin sentyabrında tərk etdiyi Çinin “Quançjou” komandası olub. Bu, onun İtaliyada baş məşqçi kimi ilk təcrübəsi olacaq.