Poçettino Fransa klubunun təklifindən imtina etdi

  • 24 Sentyabr 2022 15:06
  • 67

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino “Nitsa”nı çalışdırmaqdan imtina edib.

Corner.az “Footmercato”-ya istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin hədəfi İtaliyanın top-klublarından birini çalışdırmaqdır.

Argentinalı mütəxəssis 2021-ci ilin yanvarından bu ilin yayına kimi PSJ-ni çalışdırıb. PSJ onun rəhbərliyi altında Liqa 1 çempionluğu, ölkə kuboku və Fransa superkubokunu qazanıb.

Liqa 1-in 8 turundan sonra “Nitsa”nın 8 xalı var və turnir cədvəlində 14-cüdür.