Berdıyev Traktor'dan ayrıldı

  • 24 Noyabr 2022 10:56
  • 34

Təbrizin "Traktor" komandası baş məşqçisi Kurban Berdıyevlə yollarını ayırıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkmənəsilli rusiyalı mütəxəssis öz istəyilə vəzifəsindən gedib.
 
70 yaşlı çalışdırıcı ölkəsinin "Soçi" komandasının sükanı arxasına keçəcəyi üçün bu addımı atıb: "Traktor"dan ayrılmağım Rusiya futbolunun ehtiyacları və mənim mənəvi borcumla bağlıdır. Ölkəyə qayıtmalıyam. Mənə “Traktor”un layihəsində iştirak etməyi təklif edən rəhbərliyə minnətdaram. Onlar burada çalışdığım müddətdə mənə dəstək olmaqla yanaşı, bütün lazımi şəraiti yaratdılar. Ümid edirəm ki, Direktorlar Şurası və klub rəhbərliyi vəziyyəti başa düşəcək".
 
Xatırladaq ki, Kurban Berdiyev bu ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunub. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın "Rubin" komandasına rəhbərlik edib. Mütəxəssis 2014-2017-ci illərdə "Rostov"da da işləyib.