UEFA Çelsi'yə görə transfer qaydalarını dəyişir

  • 24 Yanvar 2023 10:21
  • 64

“Çelsi”nin Mixail Mudriki transfer etməsi digər klublar tərəfindən tənqidinlə qarşılanıb. Corner.az xəbər verir ki, London təmsilçisi ukraynalı futbolçunun keçidi müqabilində Donetsk “Şaxtyor”una ödəməli olduğu pulu 8 ilə verəcək.

Klub rəhbərləri hesab edir ki, londonlular maliyyə fey-pleyinə “ilişməmək” üçün bu addımı atmağa qərar verib. Bu səbəbdən UEFA transfer qaydalarını tezliklə dəyişməyi planlaşdırır. 

FIFA-nın Nizamnaməsi məbləğin maksimum 5 il ərzində ödənilməsini tələb edir. Amma “Çelsi”nin bu transferi istisna təşkil edəcək.

UEFA-nın qayda dəyişikliyi “zadəganlar”ın son transferlərinə şamil olunmayacaq. Ancaq sonrakı keçidlər zamanı bu amil klubun işini məhdudlaşdıracaq.