Arsenal'dan 25 milyonluq transfer

  • 24 Yanvar 2023 10:22
  • 39

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, London təmsilçisi 22 yaşlı müdafiəçi Yakub Kivyorla müqavilə imzalayıb.
 
İngiltərə nəhəngi polşalı oyunçu üçün İtaliyanın “Spetsiya” klubuna 25 milyon avro ödəyib. Gənc futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Yakub yeni komandasında 15 nömrəli forma geyinəcək.
 
Kivyor Polşa millinin də əsas oyunçusudur.