"Tottenhem"ə "yox" dedi

  • 25 May 2023 16:15
  • 43

"Feyenoord"un baş məşqçisi Arne Slot "Tottenhem"i çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.


Corner.az xəbər verir ki, o, bu iddiaları təkzib edib və klubu ilə yeni müqavilə imzalamaq istədiyini deyib: 

"Haqqımdakı iddiaları eşidirəm. Bir çox komandanın mənimlə maraqlandığı yazılır. Amma mənim istəyim "Feyenoord"da qalmaqdır".


44 yaşlı mütəxəssisin baş məşqçiliyi altında "Feyenoord" 5 mövsüm sonra ilk dəfə Niderland çempionu olub. "Tottenhem"i isə müvəqqəti olaraq Rayan Meyson çalışdırır. O, bu vəzifədə Antonio Konteni əvəzləyib.