Real'ın futbolçusu Premyer Liqa yolunda

  • 8 Noyabr 2019 15:30
  • 80

"Real"ın yarımmüdafiəçisi Xames Rodriges yenidən komandadan ayrıla bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı futbolçunu karyerasını İngiltərədə davam etdirə bilər.

28 yaşlı futbolçu "Mançester Yunayted" və "Tottenhem"in maraq dairəsinədir. Hər iki komanda Rodrigeslə danışıqlara start verib.

Qeyd edək ki, Xames Rodriges bu mövsüm 9 oyunda iştirak edib, 1 qola imza atıb.