Koutinyo Barselona'ya qayıtmaq istəmir

  • 2 Dekabr 2019 16:06
  • 39

Bavariya'nın yarımmüdafiəçisi Filipp Koutinyo gələcəyi ilə bağlı danışıb.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıtmaq istəmir.

Braziliyalı futbolçu icarə əsasında formasını geyindiyi "Bavariya"da qalmaq niyyətindədi: "Burda özümü çox yaxşı hiss edirəm. Ən azı daha bir il "Bavariya"da qalmağı planlaşdırıram. Hər şey qaydasında olarsa, burda qalmağı çox istəyərdim".

Qeyd edək ki, "Bavariya" mövsümün sonunda 120 milyon avro müqabilində Koutinyonu transfer edə bilər.