Rakitiç Barselona'da qalmaq istəyir - Bir şərtlə

  • 2 Dekabr 2019 19:23
  • 59

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya klubundakı gələcəyi haqda danışıb.


Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu komandada oynayacağı təqdirdə qalmaq istədiyini bildirib:

“Daim heyətdə olmaq istəyirəm. Əgər oynaya bilsəm, mənim üçün “Barselona”dan daha yaxşı bir yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.

Qeyd edək ki, İvan Rakitiç 2014-ci ildən “Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun “İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.