Azərbaycanın daha bir güləşçisi EYOF-da medal qazanıb

- 21 İyul 2019 16:54
- 641
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanıb.
Corner.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirlə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə bitib.
Qeyd edək ki, bundan öncə digər yunan-Roma güləşçisi Fərid Sadıxlı (45 kq) qızıl medala sahib olub.(report)