EYOF: Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub - YENİLƏNİB

  • 21 İyul 2019 16:56
  • 780

Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Corner.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb.

Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.


***16:25

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanıb.

Corner.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirlə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə bitib.

Qeyd edək ki, bundan öncə digər yunan-Roma güləşçisi Fərid Sadıxlı (45 kq) qızıl medala sahib olub.(report)