Niderland'da bütün oyunlar təxirə salındı

  • 9 Fevral 2020 16:00
  • 132

Niderland çempionatında bu gün üçün nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb "Kyara" fırtınasıdır.

Təxirə salınan görüşlər "Utrext" - "Ayaks", "AZ Alkmaar" - "Feyenoord", "Sparta" - "ADO Den Haq" və "Emmen" - "Tvente" qarşılaşmalarıdır.

Matçların nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.