Daha bir klubun prezidenti koronavirusdan öldü

  • 26 Mart 2020 12:51
  • 98

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker koronavirus infeksiyasından dünyasını dəyişib.

Corner.az-ın "De Gelderlander"ə istinadən verdiyi məlumata görə, 76 yaşlı funksioner xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub. 

Qeyd edək ki, daha əvvəl  "Real Madrid"in sabiq prezidenti Lorenso Sanz koronavirusdan vəfat edib.