Karantin rejimini pozdu, küçədə futbol oynadı

  • 30 Mart 2020 20:12
  • 83

"Ayaks”ın yarımmüdafiəçisi Kuinsi Promes koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimini pozub.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu “Qroningen”in hücumçusu Dayşon Redanla birgə Amsterdam küçələrinin birində 10 nəfərlə birgə futbol oynayıb. 

Niderdlandda küçədə kütləvi şəkildə toplaşmaq qadağan olsa da, Promes hətta karantin rejimini pozmasını sosial şəbəkədə paylaşıb.

Artıq “Ayaks” və “Qorinengen” nümayəndələri məsələni araşdıracaqlarını bəyan ediblər(.qol)