Karantin qaydalarını pozduğu üçün üzr istədi

  • 31 Mart 2020 09:44
  • 70

"Ayaks"ın futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib. 

Corner.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu şəxsi "Instagram" səhifəsində yazıb. O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Hollandiyalı futbolçu evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzr istəyib.

Qeyd edək ki, indiyədək Niderlandda koronavirusa 11 750 yoluxma halı qeydə alınıb. Onlardan 864-ü dünyasını dəyişib.