Ayaks komadan ayılan futbolçunun müqaviləsini ləğv etdi

  • 31 Mart 2020 12:31
  • 90

“Ayaks” klubu 2 il 8 aydan sonra komadan ayılan futbolçusu Abdelhak Nuri ilə müqaviləni ləğv edib.

Corner.az “De Telegraaf”a istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin bu addımə böhran səbəbindən atdığı bildirilib. 

22 yaşlı futbolçunun sözləşməsi bu ilin yayına kimi nəzərdə tutulub. Klub Nurinin maaşını iyul ayının əvvəlinə qədər ödəyəcəyini açıqlayıb.

Qeyd edək ki, Abdelhak Nuri 2017-ci ilin yayında Almaniya “Verder”i ilə yoldaşlıq görüşündə huşunu itirib.