Niderlandda klublar üçün pul yığılır

  • 6 Aprel 2020 21:21
  • 69

Niderland Futbol Federasiyası koronavirus pandemiyasına görə maliyyə böhranı yaşayan həvəskar və peşəkar klublara dəstək olmaq üçün yardım fondu yaradıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, fonda bu günədək milli komandanın üzvləri və liqa sponsorları ümumilikdə 11 milyon avro ianə ediblər.

Yığılan məbləğin gəlirləri kəskin azalan komandalar arasında bərabər şəkildə bölüşdürüləcəyi bildirilib.