Hollandiya klubunda koronavirus şoku

  • 17 Oktyabr 2020 09:27
  • 20

Hollandiyanın "AZ Alkmaar" klubunda 9 nəfərin koronavirus testi müsbət nəticə verib.

Corner.az-ın məlumatına görə, yoluxanlardan 4-ü əsas, 2-si gənclərdən ibarət komandanın oyunçuları, 3-ü isə klub əməkdaşlarıdır. Onların hamısı təcrid olunub.

4 turdan sonra AZ Hollandiya Erediviziyasında 13-cü yerdə gedir. Avropa Liqasında isə Alkmaar təmsilçisi Xorvatiyanın "Riyeka", İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" klubları ilə eyni qrupda yer alıb.