Ayaks'ın 35-ci çempionluğu

  • 3 May 2021 09:03
  • 22

Niderland Erediviziyasında mövsümün qalibi məlum olub.

Corner.az xəbər verir ki, 35-ci turda “Emmen”ə 4:0 hesabıyla qalib gələn “Ayaks” sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

35 turdan sonra xallarının sayını 89-a yüksəldən “Ayaks” ən yaxın izləyicisi PSV-ni 14 xal qabaqlayaraq, çempion olub.

Amsterdam təmsilçisi klub tarixində 35-ci dəfə Erediviziyanın qalibi adını qazanıb