Feyenoord'un yeni baş məşqçisi bilindi

  • 9 İyun 2021 19:48
  • 33

Niderlandın “Feyenoord” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Corner.az xəbər verir ki, Erediviziya təmsilçisinin “sükan”ı Arne Slota həvalə olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Arne Slot son olaraq “Alkmaar” komandasını çalışdırıb. O, “Feyenoord”da baş məşçi postunda Dik Advokatı əvəzləyib.