Ozan Can qol vurdu, Telstar qalib gəldi

  • 19 Oktyabr 2021 16:03
  • 44

Niderland 2-ci liqasında 10-cu turdan təxirə salınmış oyunlar keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə PSV-nin gənclərdən ibarət komandasının qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Ozan da bu matçın iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Ozan vurub. O, 80-ci dəqiqədə fərqlənib.

“Telstar” 2-ci liqada 11 oyuna topladığı 15 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.