Ozan Canın komandası yenə uduzdu

  • 18 Fevral 2023 09:54
  • 66

Futbol üzrə Niderland birinci divizionunda 25-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Oss”ın qonağı olub. Futbolçumuzun komandası 0:2 hesabıyla məğlub olub.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.