Ozan Canın komandası yenə uduzdu

- 25 Fevral 2023 18:35
- 60
Futbol üzrə Niderland birinci divizionunda 26-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qraafşap”ın qonağı olub. Futbolçumuzun komandası 0:4 hesabıyla məğlub olub.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.