Ozan Canlı Eyndhoven'dən qələbə

  • 4 Mart 2023 12:47
  • 71

Futbol üzrə Niderland birinci divizionunda 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Telstar”ın qonağı olub. Futbolçumuzun komandası bu görüşdə minimal hesabla qalib gəlib.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb və sonadək oynayıb.
 
“Eyndhoven” hazırda 42 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.