Azərbaycanlı futbolçu koronavirus testindən keçdi

  • 21 May 2020 18:55
  • 28

Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi "Spartak" klubu koronavirus testindən keçib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Domeniko Tedesko, onun köməkçiləri, futbolçular Samuel Jiqo, Malkolm Badu, Aleks Kral, Andrea Şürrle və Qus Til Rusiyada olmadıqları onlardan analiz götürülməyib. Nəticələr daha sonra bəlli olacaq. 

Şürrlenin "Lokomotiv"lə sözləşməsi başa çatdığı üçün komandaya qoşulmayıb. 

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-21 millisində çıxış edir.