Zenit'dən İvanoviçə yeni müqavilə təklifi

  • 21 May 2020 20:59
  • 23

 "Zenit" klubu müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçusu Branislav İvanoviçi komandada saxlamaq istəyir.

Corner.az "RB-Sport"a istinadən xəbər veerir ki, Sankt-Peterburq təmsilçisi 36 yaşlı müdafiəçiyə 2021-ci ilin yayına qədər olan müqavilə təklif edəcək.


Artıq klubda bununla bağlı müzakirələr aparıldığı və mövsüm bərpa edildikdən sonra serbiyalı futbolçuya təklif ediləcəyi bildirilib.

Qeyd edək ki, B.İvanoviç 2017-ci ildən "Zenit"də çıxış edir.(qol)