Tanınmış futbolçu koronavirusa yoluxdu

  • 22 May 2020 12:32
  • 33

Rusiyanın "Ural" klubunun futbolçusu Pavel Poqrebnyak koronavirusa yoluxub. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı təcrübəli hücumçunun testi müsbət nəticələnib. Komandanın digər üzvlərinin testləri mənfi olub. 

Qeyd edək ki, Pavel Poqrebnyak ölkəsində "Dinamo" (Moskva), "Zenit" və "Spartak" (Moskva) klublarında çıxış edib. O, İngiltərədə "Fulhem", "Ridinq", Almaniyada isə "Ştutqart"ın formasını geyinib.