Lokomotiv 9-cu dəfə kubokun qalibi oldu

  • 12 May 2021 23:43
  • 41

Futbol üzrə Rusiya kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.
 
Corner.az xəbər verir ki, həlledici qarşılaşma  “Lokomotiv Moskva” ilə “Krılya Sovetov” komandaları arasında keçirilib.
 
Dörd qolun qeydə alındığı matçda 3:1 hesablı qələbəyə sevinən paytaxt təmsilçisi, kubokun sahibi olub.
 
“Lokomotiv” 9-cu dəfə Rusiya Kubokunu qalibi olub. Bu baxımdan Moskva təmsilçisi rekordçudur. Onların ən yaxın izləyicisi isə digər paytaxt klubu ÇSKA-dır – 7 dəfə. “Krılya Sovetov” isə ikinci dəfə vəsiqə qazandığı kubokun final matçında yenə uduzub.