Əliyevli Ufa səfərdən xalsız döndü

  • 26 Sentyabr 2021 11:20
  • 30

Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ın qonağı olub. Əliyevin komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Ufa” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.