Rusiyanın 4 klubu UEFA-dan CAS-a şikayət etdi

  • 13 May 2022 15:24
  • 33

ÇSKA, “Zenit”, “Dinamo” və “Soçi” klubları UEFA-nın 2 may 2022-ci il tarixli Rusiya klublarının avrokuboklardan kənarlaşdırılması qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verdiklərini açıqlayıblar. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klublar şikayətə tez bir zamanda baxılmasını tələb ediblər.
 
“Ümid edirik ki, idman prinsipinə əməl olunacaq. ÇSKA  Avropa yarışlarında çıxış etmək üçün çalışır və sona qədər çempionatda yüksək yerlər uğrunda mübarizə aparacaq” – Moskva klubunun bəyanatında deyilir.
 
Mayın 2-də UEFA 2022/23 mövsümündə Rusiya təmsilçisinin avrokuboklarda iştirak etməyəcəyini açıqlayıb.