Əliyev qələbəni kənardan izlədi

  • 25 Sentyabr 2022 21:20
  • 77

Futbol üzrə Rusiya Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin çıxış etdiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Ulyanovsk”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda inamlı qələbə qazanıb - 2:0.
 
Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
 
“Arsenal” 11 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.