Şeydayevsiz qələbə

  • 2 Dekabr 2019 09:46
  • 21

 Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” Moskva da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə paytaxtın digər təmsilçisi “Lokomotiv”in qonağı olub. Futbolçumuzun komandası derbidən  2:1 hesablı qələbə ilə ayrılıb.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin futbolçusu sonadək ehtiyatda qalıb.
 
“Dinamo” 18 turdan sonra 24 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.