Vahid Nəzərov: Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinə namizədlərdənəm

  • 26 Yanvar 2021 08:15
  • 39

“Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinə, Texniki Komitəyə və Elmi Şuraya namizədliyim verilib”.

Corner.az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasının üzvü, millimizin sabiq baş məşqçisi Vahid Nəzərov deyib.

Azərbaycan martda Türkiyədə keçiriləcək IWF-nin seçkiləri üçün öz namizədi kimi Vahid Nəzərovun adını təqdim edib.

“24-27 mart tarixlərində İstanbulda Konqresə seçkilər keçiriləcək, orada federasiyanın yeni prezidenti seçiləcək. Həm də federasiyanın qurumlarına seçkilər baş tutacaq. Əsas istəyim IWF-nin İcraiyyə Komitəsinə seçilməkdir. Çünki Azərbaycandan heç vaxt bu vəzifəyə seçilən olmayıb”, - deyə V.Nəzərov qeyd edib. (oxu.az)