Asim Xudiyev Türkiyə millisinin oyununa təyinat aldı

  • 14 Sentyabr 2021 13:29
  • 29

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

Corner.az-ın məlumatına görə, o, qadın futbolçulardan ibarət Türkiyə və Portuqaliya yığmaları arasında dünya çempionatının seçmə oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki "Oba" stadionunda keçiriləcək.