21-ci əsrdə ən çox het-trik edən futbolçular - SİYAHI

  • 13 Oktyabr 2021 14:10
  • 164

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu 5:0 hesabıyla məğlub etdikləri oyunda het-trik edib.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu, 21-ci əsrdə ən çox het-trik edən ilk futbolçudur. "Mançester Yunayted"in uğurları üçün çalışan Ronaldo buna 58 oyunda nail olub.

Ronaldodan sonra bu göstəricidə ikinci yerin sahibi Lionel Messidir. PSJ-də çıxış edən argentinalı hücumçu isə 55 dəfə het-trik edib.

21-ci əsrdə ən çox het-trik edənlər

1.Kriştiano Ronaldo – 58 het-trik


2.Lionel Messi – 55


3.Luis Suares – 29


4.Robert Levandovski – 26


5.Neymar – 20


6.Mario Qomes – 18


7.Klas-Yan Huntelaar – 18