Səbail'in yeni təlim-məşq bazasının açılışı oldu

  • 7 İyul 2022 19:12
  • 44

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” klubunun Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub. Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baza oyunçuların ustalıq səviyyəsinin artırılması məqsədi ilə istifadəyə verilib.
 
ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar. Burada ilk olaraq uşaqların hazırlıq prosesinə start verilib.
 
Müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.