Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Türkiyəyə başsağlığı verib

  • 6 Fevral 2023 10:35
  • 173

“Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm".

Corner.Az-ın xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli deyib.

İcma sədri yaralıların tezliklə şəfa tapmasını arzuladığını deyib.

O, İcma üzvləri və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.