Qarabağ səviyyəmizə yaxın komandadır - Henninq Berq

  • 14 Sentyabr 2021 12:08
  • 38

"Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür".

Corner.az-;n məlumatına görə, bu sözləri "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq deyib.

Norveçli mütəxəssis "Bazel"in qrupda ən yüksək səviyyədə olan komanda olduğunu vurğulayıb: "Bazel" yüksək səviyyəli komandadır. "Qarabağ" səviyyəmizə yaxın kollektivdir. "Kayrat"ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır".

Qeyd edək ki, "Omoniya" sentyabrın 16-da "Kayrat"ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Nikosiya klubu sentyabrın 30-da isə "köhlən atlar"ı qəbul edəcək.