Qarabağ'ın rəqibi Bakıya ciddi itkilərlə gəlir

  • 14 Sentyabr 2021 18:33
  • 45

UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq İsveçrə "Bazel"i Bakıya ciddi itkilərlə gələcək.

Corner.az-ın yerli mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Patrik Rahmen Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozitodur. Sözügedən oyunçular zədə səbəbindən Ağdam təmsilçisinə qarşı komandalarına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, sentyabrın 16-də keçiriləcək "Qarabağ" - "Bazel" matçı saat 20:45-də başlayacaq.