Qarabağ - Kayrat oyunu ukraynalı hakimə tapşırıldı

  • 19 Oktyabr 2021 12:26
  • 55

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

Corner.az-ı məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub. 

FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.