Kayrat'ın ulduz futbolçusu Qarabağ'a qarşı oynamayacaq

  • 19 Oktyabr 2021 13:24
  • 55

Qazaxıstanın "Kayrat" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununa ciddi itki ilə çıxacaq.

Corner.az "Vesti.kz" saytına istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Aydın Kojahmet bildirib.

O, braziliyalı hücunçu Vaqner Lav;n topuq nahiyəsindəki zədə səbəbindən meydana çıxmayacağını açıqlayıb. Təcrübəli forvard XXIV turda səfərdə "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri qarşılamanı da buraxıb.

Daha əvvəl Almatı təmsilçisində erməni futbolçu Kamo Ohanesyanın Bakıya gəlməyəcəyi bəlli olub. 

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.