Kayrat hər iki oyunda Qarabağ'ı uda bilərdi

  • 25 Noyabr 2021 10:01
  • 57

"Konfrans Liqasında mümkün qədər uzağa getmək istəyirik. "Kayrat" topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadır".

Corner.az-ın məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu hər iki qrup matçını təhlil etdiyini bildirib: "Bu qarşılaşmalarda "Kayrat" rəqibini tam olaraq məğlub edə bilərdi".

Qeyd edək ki, bu gün oynanılacaq "Kayrat" - "Bazel" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.