Konfrans Liqası: Roma və Feyenoord finalda!

  • 6 May 2022 01:18
  • 58

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, hər iki matça eyni saatda start verilib.

Turnirin favoritlərindən “Roma” evdə İngiltərənin “Lester Siti” klubunu qəbul edib. “Olimpiko” stadionundakı görüşü serbiyalı referi Srcan Yovanoviç idarə edib. İlk matçda qalib müəyyənləşməmişdi – 1:1. Bu oyunda isə “Roma” qələbə qazanaraq  finala yüksəlib.

Digər cavab oyununda isə Niderland “Feyenoord”u Fransada Marsel “Olimpik”inin qonağı olub. “Velodrom” stadionundakı matçın baş hakimi isveçrəli Sandro Şerer olub. Rotterdamdakı ilk görüşdə meydan sahibləri 3:2 hesablı qalib gəlmişdi. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Beləliklə, həlledici oyunda “Roma” ilə “Feyenoord” qarşılaşacaq. Konfrans Liqasının final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları

5 may

Roma (İtaliya) – Lester Siti (İngiltərə) 1:0
Qol: T.Abraham, 11.
Baş hakim: Srcan Yovanoviç (Serbiya). Roma, “Olimpiko” stadionu.
İlk oyun – 1:1.

Olimpik (Marsel, Fransa) – Feyenoord (Niderland) 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə). Marsel, “Velodrom” stadionu.
İlk oyun – 2:3.