KL: Neftçi, Zirə və Qəbələ'nin də rəqibləri bəlli oldu

  • 15 İyun 2022 15:31
  • 86

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Zirə" və "Qəbələ"nin də mümkün rəqibləri bəlli olub.
 
Püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer almışdı.
 
“Ağ-qaralar” bu raundda Kiprin “Aris” (Limassol) klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab görüşü isə evdə baş tutacaq.
 
“Zirə” Təl-Əviv “Makkabi”sinə (İsrail) rəqib olub. Rəşad Sadıqovun komandası ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirməli olacaq.
 
“Qəbələ” isə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq. İlk oyun səfərdə, cavab görüşü evdə olacaq.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 21 iyulda, cavab görüşləri 28 iyulda keçiriləcək.