Azərbaycanlı hakim Konfrans Liqası oyununa təyinat aldı

  • 22 İyun 2022 20:58
  • 39

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb. Corner.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının “Borats” (Bosniya və Herseqovina) – “B-36 Torshavn” (Farer adaları) matçını idarə edəcək.
 
Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
 
1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyun Bosniya və Herseqovinada keçiriləcək. İyulun 7-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.