Azərbaycan yığması Portuqaliyaya uduzdu

  • 7 Sentyabr 2021 21:59
  • 59

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması növbəti matçına da bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunda qrupun lideri Portuqaliya ilə üz-üzə gəlib. 

Azərbaycan yığmasında Maksim Medvedev, Rüstəm Əhmədzadə, Anton Krivotsyuk bu matçda çıxış etməyib. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo da sarı vərəqə limitinə görə Bakıdakı görüşü buraxıb.

Qarşılaşma isə Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb

Qrupun digər matçında İrlandiya yığması Serbiya ilə üz-üzə gələcək.

DÇ-2022, seçmə mərhələ, 6-cı tur

7 sentyabr

Azərbaycan – Portuqaliya 0:3
Qol: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.
Baş hakim: Marko Qvida (İtaliya)