Messi Peleni geridə qoydu, rekordçu oldu

  • 10 Sentyabr 2021 12:19
  • 54

Argentina milli komandası DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Boliviyanı məğlub edib – 3:0.

Corner.az xəbər verir ki, görüşdə het-trik edən 34 yaşlı hücumçu Lionel Messi milli komanda ilə vurduğu qolların sayını 79-a çatdırıb. Leo, bu göstəricidə Braziliya yığmasının sabiq hücumçusu Peleni geridə qoyub. 80 yaşlı keçmiş hücumçunun aktivində 77 qol var idi.

Messi Cənubi Amerika (KONMEBOL) yığmalarının futbolçuları arasında qolların sayı üzrə (79) rekordçu olub.