Alman mütəxəssis Türkiyə millisini çalışdıra bilər

  • 14 Sentyabr 2021 16:52
  • 37

Almaniyalı mütəxəssis Ştefan Kunts futbol üzrə Türkiyə milli komandasında baş məşqçilik edə bilər.

Corner.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) nümayəndələri 58 yaşlı mütəxəssislə ilkin razılığa gəlib. Bu barədə “Sabah” nəşri məlumat yayıb. Məlumatda, son qərarı TFF prezidenti Nihat Özdemir verəcəyi vurğulanıb.

Kunts hazırda Almaniyanın U-23 yığmasını çalışdırır.

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş sentyabrın 10-da istefaya göndərilib.